Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Kiyevin nüvə şantajı ciddi narahatlıqlar doğurur, çünki bu, sözdə çirkli bomba yaratmaq və sonra onu saxta bayraq altında istifadə etmək riskini yaradır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-mayor Aleksey Rtişev bildirib.
O, Ukrayna Təhlükəsizlik Xidmətinin təlim proqramlarından birinin ionlaşdırıcı şüalanma mənbələrinin oğurlanması, partlayıcı qurğunun istehsalı və onun izdihamlı ərazidə partladılmasını simulyasiya etməsi istiqamətində olduğunu vurğulayıb.
Rusiyalı general Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakın AEBA və digər müvafiq təşkilatlara xəbər vermədən Ukraynaya işlənmiş nüvə yanacağının idxalına şəxsən nəzarət etdiyini qeyd edib.
O əlavə edib ki, nüvə yanacağının təchizat marşrutları Polşa və Rumıniya vasitəsilə təşkil edilib.
Rtişev onu da bildirib ki, USAID Ukrayna sakinləri üzərində dərman preparatlarının sınaqdan keçirilməsində iştirak edə bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.