AZ

İki holland yazarın kitabları Azərbaycan dilində çap olunub

Yazını böyüt
Yazını kiçilt

“Dünyanı Narıncıya Boya” kampaniyası çərçivəsində iki holland qadın yazıçının  təsirli əsərlərinin Azərbaycan dilinə tərcüməsini və nəşrini dəstəkləməkdən qürur duyuruq.

Hafta.az-ın yazdığına görə, bu barədə Niderlandın ölkəmizdəki Səfirliyinin sosial səhifəsində yazılıb.

Həmin kitablar “Gizli Yaralar” (Renate Dorresteyn) və “Yer Ananın Övladları” (Thea Beckman) adlanır.

Paylaşımda qeyd olunur: “Ədəbiyyatın zorakılığa qarşı mübarizədə mühüm rol oynadığına inanırıq. Hekayələr empatiya və dialoq yaradır, dəyişiklik üçün ilham verir. Bu iki dəyərli əsərdən biri travma və sağalma mövzusunu araşdırır, digəri isə ədalət və bərabərliyə əsaslanan bir dünyanı təsvir edir. Hər iki kitab ilk dəfə Azərbaycan dilində nəşr olunur”.

Kitablar dekabrın 16-dan etibarən satışda olacaq.

Seçilən
27
hafta.az

1Mənbələr