Rusiyada ictimai yerlərdə namaza məhdudiyyət mesajı verilməsi hansı siyasi və ictimai tendensiyaların göstəricisi sayıla bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Əslində, Rusiya Müsəlmanlarının Mərkəzi Ruhani İdarəsinin sədrinin belə açıqlaması anlaşılandır. Belə ki, bəzən bir çox insanlar, dindarlar, öz ibadətlərini və dindar olduqlarını sanki nümayiş etdirmək məqsədilə ictimai yerlərdə göstərməyə çalışırlar. Və bu zaman digərlərinin həm hüquqları, həm də məsələyə münasibəti nəzərə alınmır. O baxımdan hesab edirəm ki, bəli, birincisi dini baxışlar, inanclar, ibadət insanların Tanrı ilə olan münasibətidir və bu səbəbdən belə məsələlərin nümayiş şəklində edilməsi digərləri tərəfindən müəyyən mənfi emosiya yarada bilər. Bu baxımdan, ibadətləri hər bir şəxs evdə, qapalı məkanlarda, məscidlərdə yerinə yetirməli olduğunu düşünürəm. Yəni bunun hansısa siyasi məqsədi olduğunu düşünmürəm. Rusiya da ümumiyyətlə bu məsələlərə dövlətin siyasətindən asılı olmayaraq, amma hesab edirəm ki, məsələnin qoyuluşu doğrudur".