
Dekabrın 12-nə keçən gecə Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birinə dron hücumu həyata keçirib.
Missiya.Az xəbər verir ki, söhbət Moskvadan 700 kilometrdən çox şimal-şərqdə yerləşən Yaroslavldakı "Slavneft-YANOS" neft emalı zavodundan gedir.
Bildirilib ki, "Slavneft-YANOS" Rusiyanın beş ən böyük neft emalı zavodundan biridir və ildə təxminən 15 milyon ton neft emal etmək qabiliyyətinə malikdir.
Qeyd edək ki, hücumdan əvvəl yerli qubernator Mixail Evrayev bölgədə dron təhlükəsi elan edib.
Daşqın HəsənovMissiya.Az