Valideynlərinin maşınını qaçıran yeniyetmələr 5 nəfərin ölümünə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstanda yeniyetmələrin əyləncəsi faciə ilə bitib. Valideynlərindən xəbərsiz iki avtomobili qaçıran gənclər yolda yarış təşkil ediblər. “Audi” markalı avtomobillə yüksək sürət yığan gənclər idarəetməni itirərək ağır qəza törədiblər.
Nəticədə 5 nəfər həlak olub, 4 nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Zərbənin gücündən avtomobillər konserv qutusu kimi əzilib, sərnişinlər deformasiyaya uğramış maşınlarda sıxılıb qalıblar.
Xuraman Etibarlı
İnterpress.az