Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Le Monde nəşrinə müsahibəsində bildirib ki, sülh razılaşması çərçivəsində Rusiya Ukraynanın bərpasında iştirak etməlidir.
Podolyak qeyd edib ki, Moskva Ukraynanın yenidən qurulmasına maliyyə dəstəyi verməlidir. Onun sözlərinə görə, bu tələb Kiyev üçün müharibənin dayandırılmasının vacib şərtidir.
“Bu, müharibənin dayandırılmasının məcburi elementidir. Əks halda […] çəkindirici mexanizm olmayacaq”, — deyə o bildirib.
Ukrayna rəsmisi həmçinin Donbasda demilitarizasiya olunmuş buffer zonanın yaradılmasına Kiyevin hazır olduğunu açıqlayıb. Qeyd olunur ki, belə qərar Avropa tərəfindən dəstəklənmiş ərazi güzəşti kimi qiymətləndirilir.