AZ

Tokayev və Pezeşkian İran arxivlərindəki Qazaxıstanla bağlı əlyazmalar sərgisində olublar

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və İran Prezidenti Məsud Pezeşkian Astananın ev sahibliyi etdiyi rəsmi tədbir çərçivəsində İran arxivlərində aşkar edilmiş Qazaxıstan tarixinə aid dəyərli əlyazmaların sərgisinə baş çəkiblər.

Hafta.az yazır ki, bu tarixi sənədlər Qazaxıstan çöllərində XVIII–XIX əsrlərdə baş vermiş sosial-siyasi hadisələr haqqında mühüm məlumatlar ehtiva edir və Qazaxıstanla İran arasında tarixi yaxınlığı təsdiqləyir.

Mütəxəssislərin sözlərinə görə, bu əlyazmalar iki ölkə arasında dərin tarixi və mədəni bağların bariz nümunəsidir.

Seçilən
30
hafta.az

1Mənbələr