AZ

Avrokubok oyununda qalmaqal: Qonaqları buna görə döydülər

“Rayo Valyekano”nun azarkeşləri Polşada, yerli “Yaqelloniya” ilə Konfrans Liqasının matçı öncəsi ciddi təzyiqlərlə üzləşiblər.

Publika.az xəbər verir ki, hadisələrin səbəbi əvvəlki turda “Rayo Vallecano”nun digər bir Polşa klubu - “Lex Poznan”la Madriddəki qarşılaşma ilə bağlıdır. Həmin oyunda polşalı azarkeşlər də müəyyən toqquşmalara məruz qalmış və klubları son dəqiqədə qol buraxaraq uduzmuşdu.

Buna görə də “Yaqelloniya” azarkeşləri öz həmvətənlərinin intiqamını almağa qərar verərək dava-dalaş salıblar. Nəticədə ispaniyalı azarkeşlərin bir qismi xəstəxanaya düşüb.

Qeyd edək ki, insidentə rəğmən meydanda İspaniya klubu yenə də üstün olub - 2:1.

Seçilən
15
publika.az

1Mənbələr