AZ

İrakli Kobaxidze: “Gürcüstan sülhü ekzistensial prioritet hesab edir”

Yazını böyüt
Yazını kiçilt

“İki tarixi bölgənin hazırkı işğal reallığını nəzərə alaraq, Gürcüstan sülhü yalnız siyasi seçim deyil, eyni zamanda ekzistensial prioritet hesab edir”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda keçirilən beynəlxalq forumun plenar sessiyasında çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, sülh və etimad prinsipləri təkcə ideallar deyil, həm də qlobal sabitliyin təmin edilməsi üçün ən mühüm vasitələrdir.

“Sessiyamızın mövzusu “Sülh və Etibar: Dayanıqlı gələcək üçün məqsədlərin birliyi”dir. Bu mövzu Gürcüstanın dəyərlərinə və xarici siyasət prioritetlərinə tam uyğundur. Bu gün qlobal cəmiyyətin qarşısında heç vaxt olmadığı qədər mürəkkəb çağırışlar dayanır – geosiyasi gərginlikdən başlayaraq silahlı münaqişələr, iqlim dəyişikliyi və iqtisadi qeyri-sabitliklərə qədər. Bu kontekstdə sülh və etimad prinsipləri sadəcə ideallar deyil, qlobal sabitliyin təmin edilməsi üçün ən mühüm alətlərdir”, – deyə baş nazir bildirib.

Seçilən
24
hafta.az

1Mənbələr