AZ

CV90 PDM-ləri “Saab”ın UTAAS sistemləri ilə təchiz olunacaq

“Saab” şirkəti “BAE Systems Hägglunds” şirkətindən CV90 piyada döyüş maşınları (PDM) üçün UTAAS (Universal Tank and Anti-Aircraft System) nişangah və atəşi idarəetmə sistemlərinin tədarükü ilə bağlı sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 314 milyon SEK (33.9 milyon ABŞ dolları) təşkil edir.

Sifariş üzrə çatdırılmalar 2029-2030-cu illərdə həyata keçiriləcək.

UTAAS, hazırda İsveç, Norveç, İsveçrə, Finlandiya, Niderland, Danimarka, Estoniya və Ukraynanın silahlanmasında olan, həmçinin Çexiya və Slovakiya tərəfindən də sifariş edilmiş CV90 PDM-ləri üçün hazırlanmış inteqrə nişangah və atəşi idarəetmə sistemidir. Bu sistemdən həm hava, həm də yerüstü hədəflərin vurulmasında istifadə edilir.

Seçilən
31
poliqon.az

1Mənbələr