ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün getdiyi Moskva şəhərinə çatdıqdan sonra teleqram kanalında diqqətçəkən bir video yayımlayıb və aldığı reaksiyalarla “günün ulduzu”na çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, Paşinyan Lubyankadakı FSB binasına baxan bir binanın (ehtimal ki, qaldığı “Ararat” oteli) pəncərəsi önündə oturarkən çəkilmiş qısa bir görüntü paylaşıb. Videoda fon musiqisi kimi məşhur Sovet pop mahnısı “Beliye Rozı” (Ağ qızılgül) səslənir.
Paşinyan başına fetr şlyapa örtüb və erməni dilində “Hamınıza xoş və gözəl gün arzulayıram, hamınızı sevirəm” sözlərini yazıb və əlləri ilə ürək işarəsi göstərib. Səhər saatlarında isə o, Moskvaya gəlişi ilə bağlı ilk görüntüləri paylaşmışdı. Paşinyan daha əvvəl də Berlindən “Modern Talking” qrupunun mahnısı fonunda ürək işarəsi etdiyi bir video paylaşmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.