AZ

Kosovo ABŞ ın deportasiya etdiyi miqrantları qəbul edir

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Kosovonun Baş naziri Albin Kurti açıqlayıb ki, ölkə ABŞ-la razılaşmaya uyğun olaraq Vaşinqtonun deportasiya etmək istədiyi şəxsləri qəbul etməyə başlayıb.

Artıq bir neçə nəfər ölkəyə gətirilib.

İyun ayında əldə olunan razılaşmaya əsasən, Kosovo bir il ərzində 50 miqrant qəbul edə bilər. Hökumət bunu ABŞ-ın illərdir verdiyi dəstəyə minnətdarlıq addımı kimi qiymətləndirir.

Kurti hökuməti süqut etdiyindən, ölkədə 28 dekabrda seçkilər keçiriləcək. ABŞ isə Kurti partiyasını Serbiya siyasi qüvvələrinin seçkilərdə iştirakına mane olmaqla “sabitliyi pozmaqda” ittiham edir.

Kosovo həmçinin Danimarka ilə xarici məhbusların Kosovoda cəza çəkməsi barədə müqaviləni təsdiqləyib.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
icma.az

1Mənbələr