AZ

Goranboyda Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbirləri keçirildi - FOTOLAR

12 dekabr - Xalqımızın Ümummilli Lideri, Müasir Azərbaycanın qurucusu  Heydər Əliyevin anım günü ilə bağlı Ümummilli Liderimizin Goranboy rayon mərkəzində ucaldılmış abidəsi və Heydər Əliyev Mərkəzi ziyarət olunub. 

"Unikal" xəbər verir ki, Ümummilli Liderimizin  mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarx izlənilib  və fotostendlərə baxış keçirilib. 

Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Anım mərasimində icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin, təşkilat və müəssisələrin  rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri; ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Sonra Goranboy şəhərində ağacəkmə aksiyası təşkil olunub. 

Seçilən
61
unikal.az

1Mənbələr