Böyük Britaniyanın aparıcı universal bankı və maliyyə xidmətləri qrupu "Barclays" 2026-cı ildə Brent neftinin 1 barelinin orta qiymətinin 65 dollar olacağını proqnozlaşdırıb.
Marja xəbər verir ki, Bank, gələn il üçün qlobal neft bazarında gündəlik 1,9 milyon barellik təklif artığı gözləyir.
Bankın hesabatında, neft ehtiyatlarının aşağı səviyyədə qalmağa davam etdiyi və istifadəyə verilə bilən istehsal gücünün məhdud olduğu diqqətə çatdırılıb. Həmçinin, geosiyasi gərginliklərin qiymətlər üzərində yuxarı yönlü asimmetrik risk yaratdığı, eyni zamanda tələbdəki yavaşlamanın neft bazarı üçün əhəmiyyətli aşağı yönlü risk olaraq qalmağa davam etdiyi vurğulanıb.
"Barclays" qeyd edib ki, bu ssenaridə OPEC+ qrupunun əsas göstəricilərdəki zəifləməyə müdaxilə edə biləcəyi gözlənilir. OPEC+ qrupunun, genişmiqyaslı təklif artığı gözləntilərinə görə, 2026-cı ilin birinci rübündə istehsal artımlarına fasilə verməyi planlaşdırdığı bildirilib. OPEC məlumatları, gələn il dünya neft təklifinin tələblə yaxın səviyyədə olacağını göstərir, lakin bu proqnoz Beynəlxalq Enerji Agentliyinin böyük təklif artığı proqnozları ilə ziddiyyət təşkil edir.