AZ

Azərbaycanda Türkiyə Müdafiə Nazirliyinin şirkəti fəaliyyətə başlayıb

Azərbaycanda Türkiyənin Makina və Kimya Sənayesi Anonim Şirkəti fəaliyyətə başlayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb:

“Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsində atılan konkret və strateji addımların bir göstəricisi olaraq Makina və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən Azərbaycanda “Makina və Kimya Azerbaijan (MKA)” adı ilə yaradılan və şirkətin xaricdəki ilk filialı olma xüsusiyyətini daşıyan müəssisə fəaliyyətə başlayıb”,- deyə nazirliyin açıqlamasında qeyd olunub

Seçilən
62
12
apa.az

10Mənbələr