AZ

“Qızıl Qübbə” neçəyədir?

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, öz hesablamalarına əsaslanan “Bloomberg” agentliyi belə məlumat yayıb. - “Qızıl Qübbə” sisteminin dəyəri təqribən 1,1 trilyon dollar təşkil edəcək ki, bu da Trampın 175 milyard dollarlıq təxminindən 500 faiz yüksəkdir. Təkcə kosmik ələkeçirmə üçün zəruri olan sistem qruplaşmasının qiyməti 161-542 milyard dollar təşkil edir”, -xəbərdə deyilir. Mütəxəssislər həmçinin layihənin istismara verilməsi üçün nəzərdə tutulan qrafiki qeyri-real adlandırıblar. Tramp daha əvvəl bildirmişdi ki, “Qızıl Qübbə” 2029-cu ilə qədər yaradılacaq. - “Qızıl Qübbə”nin adı, konsepsiyası və proqramı yəqin ki, indiki administrasiyanın ömründə reallaşmayacaq”, - Amerikanın Sahibkarlıq İnstitutunun Müdafiə məsələləri üzrə baş əməkdaşı Todd Harrison vurğulayıb. Sentyabrın 17-də ABŞ-də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin hazırlanmasına rəhbərlik edən Kosmik qüvvələrin generalı Maykl Qutleyn layihənin başa çatdığını elan etmişdi. May ayında “Qızıl Qübbə”nin ABŞ-nin mövcudluğu üçün vacib olduğunu açıqlayan Donald Trampın sözlərinə görə, administrasiya layihə üçün təxminən 175 milyard dollar ayırmağı planlaşdırır. ABŞ Kosmik qüvvələrinin məlumatlarına istinad edən “Bloomberg” agentliyi isə, noyabrın 4-də Amerikanın Rusiya və Çinin peyklərinin qarşısını almaq üçün nəzərdə tutulmuş iki yeni silahı istismara verməyə yaxın olduğunu yazmışdı. Məlumatda yeni silahların bütün dünyada yerləşdiriləcəyi və uzaqdan idarə edilə biləcəyi deyilirdi. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
azvision.az

1Mənbələr