Xatırladaq ki, Karapetyan Qarabağa göstərdiyi humanitar yardıma görə Azərbaycanın təşəbbüsü ilə axtarışdadır. (?)Eyni zamanda, o, Ermənistan Respublikası hakimiyyətinin hücumlarına məruz qalan Erməni Həvari Kilsəsinə dəstək verdiyinə görə Ermənistan həbsxanasında saxlanılır. Əvvəlcə hakimiyyəti devirməyə çağırmaq ittihamı ilə həbsdə saxlamaq mümkün olmayanda, pul yuyulması ittihamı irəli sürülüb.
Bu iş çərçivəsində dünən Xankəndinin İrəvandakı nümayəndəliyində axtarışlar aparılıb. Vardevanyan belə şübhələrin tam əsassız olduğunu və bu hadisələrin heç bir əlaqəsi olmadığını vurğulayıb.
Vardevanyanın sarkazmla qeyd etdiyi kimi, nümayəndəlikdə ancaq yardım sənədləri tapıla bilər, lakin müstəntiqlər daha yaxşı olardı ki, Xankəndinə gedib orada tədbirlər keçirsinlər.
"Təəccüblənmərəm, əgər getsələr. "Hüquqi yardım" çərçivəsində Bakıya müraciət edib sənədləri ala bilərlər. Əminəm ki, bu ideya orada əks-səda doğuracaq," - deyə vəkil bildirib.