Bunu Ajans.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib. O, quru sərhədlərin bağlı olmasından danışarkən bildirib ki, bunun səbəbini izah etməkdə çətinlik çəkir:
“Bu sualı yaxşı olar ki, dövlər qurumlarına verəsiniz, məndə sərhədlərin niyə bağlı olması ilə bağlı məlumat yoxdur. Mən hələ nazir olanda, pandemiya başlayanda quru sərhədləri bağlamaq lazım idi, təkcə Azərbaycan bağlamırdı. Bütün ölkələr bağlayırdı ki, xəstəlik yayılmasın. İndi nəyə görə uzadılır? Mən doğrudan da buna cavab tapmaqda çətinlik çəkirəm”.
Son olaraq sabiq nazir qeyd edib ki, mövcud geosiyasi vəziyyətdə quru sərhədlərin bağlı qalması üçün hər hansı əsas olduğuna inanmır.
Cavidan Mirzəzadə
Ajans.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta