AZ

Azərbaycanda aqrar sektor böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 13 milyard 402,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,9 % artaraq 6 milyard 633,4 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 0,4 % artaraq 6 milyard 768,7 milyon manat təşkil edib.Dekabrın 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 339 min ton və yaxud 1 il əvvələ nisbətən 2,9 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 763,2 min ton (3,7 % az) tərəvəz, 1 milyon 368,6 min ton (4,5 % çox) meyvə və giləmeyvə, 924,6 min ton (0,5 % çox) kartof, 459 min ton (6,4 % az) bostan məhsulları, 345,3 min ton (42,1 % çox) pambıq, 310,6 min ton (45,3 % çox) şəkər çuğunduru, 209,1 min ton (3,5 % çox) üzüm, 31,8 min ton (2,3 % çox) günəbaxan, 7,8 min ton (31,1 % çox) tütün, 1,2 min ton (12,7 % çox) yaşıl çay yarpağı yığılıb.

11 ay ərzində diri çəkidə 544,1 min ton ət, 2 milyon 86,0 min ton süd, 2 milyon 140,5 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub. 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə yumurta istehsalı 2 %, süd istehsalı 0,3 %, ət istehsalı 0,1 % artıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.

Seçilən
2
2
metbuat.az

3Mənbələr