İcra hakimiyyətlərində ixtisar - MÜHASİB VƏZİFƏLƏRİ DƏ LƏĞV OLUNUR
İcra hakimiyyətlərində ixtisarlar olacağı, strukturun yenidən formalaşdırılacağı ilə bağlı dəfələrlə özəl xəbərlər vermişdik. Artıq icra hakimiyyəti orqanlarının səlahiyyətsiz quruma çevrilməsi, əksər hallarda sakinlərin tikinti işlərinə müdaxilə edib korrupsiyaya yol vermələri, əsas etibarilə küçə ticarətinə icazə vermə ilə məşğul olmaları, abadlaşdırma adı altında ağac ,kol əkmə uğrunda yarışa girmələri, ərazilərində olan parkları qarış-qarış icarəyə vermələri, yolların yuyulması adı altında istifadə edilən dərman, su, kimyəvi maddələri istədikləri kimi rəsmiləşdirə bilmələri, qarlı havalarda belə kənar qurumların, sahibkarların yardımından istifadəyə rəğmən qarajlardan yola çıxan avtomobillərin hərəkətini, yandırdığı yanacağı, yollara tökülən qumun, duzun həcmini şişirtmə bacarıqları heç kimə sirr deyil. Bir sıra icra hakimiyyətlərinin qanunsuz tikintini sökür kimi güc göstərişləri belə qeyri-qanunidir. Çünki icra hakimiyyəti qanunsuz hesab etdiyi tikintini sökmək yox, aidiyyəti qurumu məlumatlandırmaq səlahiyyətinə malikdir. İcra hakimiyyətlərinin əksəriyyəti isə hazırda ərazilərində baş verən yaxud baş verməsi planlaşdırılan bir sıra tikintilərə müdaxilə ilə qazanc əldə etməkdə maraqlıdırlar.Bütün bu faktlar isə artıq icra hakimiyyətlərr ilə bağllı cidd addım atılmasını zəruri edib. Ajans.az-ın əldə etdiyi məlumata görə 2026-cı ilin ilk aylarından etibarən icra hakimiyyətlərində şöbə müdirlərinin müavinləri vəzifələri ləğv ediləcək. İcra hakimiyyətlərinin tabeliyində olan icra nümayəndəliklərinin mühasib vəzifələri də tarixə qovuşacaq. Yalnız mərkəzi aparatda Baş mühasib və 2 nəfərdən ibarət əməkdaş olacaq. Bir sıra şöbələr isə ümumiyyətlə ləğv oluna bilər. Çünki yalnız ay sonu hesabat xatirinə görülməyən işlərin statistik məlumatlarını yazmaqla məşqul olan müdir və baş məsləhətçilər, məsləhətçilər də icra hakimiyyəti ilə vidalaşmalı olacaqlar. Dövlət qulluqçularının işdən çıxarılma prosesi də qanuna müvafiq qaydada həata keçiriləcək. Məlumata görə, fəaliyyəti nəzərə çarpmayan və yeni dövrlə uzlaşmayan İcra hakimiyyətlərinin informasiya təminatı şöbələri də islahata tuş gələcək. İcra Hakimiyyətlərinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının katibi və ya psixoloqlarının da fəaliyyətləri müzakirə mövzusudur. Onların illərdir təqdim etdiyi hesabatlarla əməli fəaliyyətləri arasında uyğunluğun olub-olmaması da araşdırılacaq. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində ixtisarlar müzakirə mövzusudur. Ajans.az-ınaraşdırması zamanı məlum oldu ki, Respublikanın və paytaxtın rayon İcra Hakimiyyətləri Dövlət qulluğu haqqında qanunu illərdir kobud şəkildə pozurlar. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 7 –ci maddəsinin (Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrinin növləri və yaradılması qaydası) 7.2 bəndində deyilir ki, Dövlət orqanlarının struktur qurumlarında struktur bölmənin rəhbəri də daxil olmaqla, şöbə yaradılması üçün minimum 8 ştat vahidi (dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrdə 3 ştat vahidi), sektor yaradılması üçün minimum 3 ştat vahidi müəyyən edilir. Amma bu gün Bakıda və Respublikanın rayonlarında icrta hakimiyyətlərinin əksər şöbələri nəinki səkkiz,müdirlə birlikdə 3-4 nəfərdən ibarətdir. İllərdir formalaşa bilməyən bu şöbələrin fəaliyyət necə qənaətbəxş sayıla bilərmi? Yalnız hesabat dövründə yada düşən bölmələrin ixtisarı büdcəni əlavə yükdən azad etməzmi? 2026-cı ildə bürokratik əngəl törətməkdən başqa bir işə yaramayan əksər məmurları vəzifələri ilə sağollaşmalı olacaq. Artıq Şöbə müdiri müavinlərinə, bir strukturda 40-50 mühasibə, iş masası arxasında mürgüləyən məsləhətçilərə ehtiyac qalmayacaq. Ajans.az Analitik Qrupu