Dünya fanidir, heç kim sabah başına nə gələcəyini bilmir, ona görə də hər kəs başqasının başına glənlərdən özünə dərs çıxarmalıdır. Lakin hər kəs də öz əməlinə görə cavab verməlidir.
Bir müddət öncə müğənni Rəqsanə İsmayılova barəsində dələduzluq ittihamı ilə cinayət işi açıldı, haqqında həbs qətimkan tədbiri seçildi, sonra ev dustaqlığına buraxıldı.
Lakin bu necə ev dustaqlığıdırsa, Rəqsanə demək olar ki, tez-tez efirdə görünür, o efir sənin, bu efir mənim, getdiyi yerlərdə də az qala qəhrəman kimi qarşılanır. Qucaqlaşmalar, ağlaşmalar, nə olub, nə xəbərdir?
Bu adamın əməlinə hüquqi qiymət verilməsi barədə hələlik yekun məhkəmə hökmü olmasa da, şikayətçi bildirib ki, məhz dəymiş zərərin müəyyən bir hissəsi ödənildiyinə görə, onların razılığı ilə Rəqsanə ev dustaqlığına buraxılıb. Mən də arzu edirəm ki, tezliklə şikayətçi ilə Rəqsanə arasında problem həll olunsun və bir daha həbs olunmasın. Amma Lalə Azərtaş adlı tanınmamış bir aparıcının Rəqsanə ilə məhz efirdə qucaqlaşıb ağlaşması heç bir məntiqə sığmır. Səhnə arxasında qucaqlaşmaq olmur? Siz mütləq efirdə ağlaşmalısınız? Studiyadakı insanlar niyə “Rəqsanə” qşqırırdlar? Rəqsanə qəhrəmanlıq edib? Yoxsa başqa bilmədiyimiz nüanslar var, siz bilirsinizsə cəsarətli olun, etiraf edin biz də bilək. Nədir də bu cür qarşılamanın səbəbi, deyin bilək ay tanınmamış aparıcılar.
Xanlar Xoca