Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Məktəblərdə psixoloq çatışmazlığı hazırda diqqət tələb edən məsələlərdən biridir. Son illər uşaqların emosional yükü, imtahan stresləri və sosial çətinlikləri artdığı üçün psixoloji dəstəyin rolu daha da önə çıxır. Mövcud psixoloqlar böyük səy göstərsələr də, şagird sayı çox olduqda hər bir uşağa yetərli vaxt ayırmaq çətinləşir”.Bu sözləri Demokrat.az-a açıqlamasınd psixoloq Günel Taleh deyib.Onun sözlərinə görə, bu səbəbdən psixoloq ştatlarının tədricən artırılması önəmli addımlardan biri ola bilər:“Fəaliyyət göstərən psixoloqların müasir metodlar üzrə mütəmadi təlim və seminarlarla dəstəklənməsi vacibdir. Məktəblərdə psixoloji xidmət otaqlarının standartlara uyğunlaşdırılması, uşaqlar üçün rahat və məxfi ünsiyyət mühiti yaradılması da yaxşı nəticə verə bilər. Valideyn-psixoloq əməkdaşlığı gücləndirildikdə uşaqların problemləri daha erkən aşkar olunur. Müəllimlərlə psixoloqların birlikdə işləməsi isə sinif mühitinin sağlam qalmasına kömək edir. Böyük məktəblərdə psixoloqların komanda şəklində fəaliyyət göstərməsi həm yükü azaldar, həm də xidmətin keyfiyyətini artırar. Onlayn psixoloji dəstək mexanizmlərinin tətbiqi də əlavə dəstək vasitəsi ola bilər. Məktəblərdə keçirilən maarifləndirici psixoloji proqramlar və treninglər şagirdlərin özünüidarə bacarıqlarını gücləndirir. Dövlət səviyyəsində psixoloji xidmətin prioritet elan edilməsi bu sahəyə yeni imkanlar aça bilər”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.