AZ

ABŞ miqrantlarla mübarizəyə 2 milyard dollar xərcləyib

Ajans.az xəbər verir ki,konqresin hər iki palatasından bir qrup demokratın cümə axşamı dərc etdiyi birgə hesabatda bildirilir ki, administrasiya cari — 1 oktyabrda başlayan — maliyyə ilində bu məbləği iki dəfədən çox artırmağı planlaşdırır. Demokrat qanunvericilər Trampı müdafiə qabiliyyətinin gücləndirilməsi və fövqəladə hallara hazırlıq kimi prioritetləri arxa plana keçirərək sərt sərhəd siyasətinə üstünlük verməkdə tənqid edirlər. Hesabata əsasən, Pentaqonun 2026-cı maliyyə ili üçün büdcə sorğusunda ABŞ–Meksika sərhədində miqrantların qarşısının alınması əməliyyatlarına ən azı 5 milyard dollar ayrılması nəzərdə tutulur. Qanunvericilərin məlumatına görə, Pentaqon ötən maliyyə ilində sərhədə qoşunların göndərilməsi üçün 1,3 milyard dollar, ABŞ və xaricdəki hərbi obyektlərdə immiqrantların saxlanılması üçün 420,9 milyon dollar, Los-Anceles, Portland və Çikaqo kimi şəhərlərdə qoşunların yerləşdirilməsi üçün 258 milyon dollar, deportasiya uçuşlarının maliyyələşdirilməsi üçün isə 40,3 milyon dollar xərcləyib. Konqres üzvləri hesab edirlər ki, Tramp administrasiyasının immiqrasiya məsələlərində ordudan geniş istifadə etməsi “ağlabatan hədləri aşır”, ordunun hazırlıq səviyyəsini zəiflədir və dövlət qurumları arasında daha səmərəli resurs bölgüsü əvəzinə israfçılığa yol açır. Hesabatda vurğulanır: “Orduya immiqrasiya nəzarəti kimi, Müdafiə Nazirliyinin missiyası ilə uyğun olmayan və personalın təlim görmədiyi bir vəzifə tapşırıldıqda, həmin əməliyyatların dəyəri eyni funksiyaları mülki qurumlar icra etdikdə olduğundan bir neçə dəfə artıq olur”. Ağ Ev hesabatı şərh edərək bildirib ki, miqrasiya ilə mübarizə üçün ayrılan vəsait digər müdafiə missiyalarının maliyyələşdirilməsinə mənfi təsir göstərmir. Administrasiya həmçinin vurğulayıb ki, Pentaqon resurslarından immiqrasiya sahəsində istifadə olunmasına görə Demokratlar və keçmiş prezident Co Bayden də məsuliyyət daşıyırlar.

 

Seçilən
14
Ajans.az

1Mənbələr