AZ

Rusiya və İran arasında ticarət dövriyyəsi 13 faiz artıb -Putin

2024-cü ildə Rusiya və İran arasında ticarət dövriyyəsi 13 faiz artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

Prezidentin sözlərinə görə, ötən il ticarət həcmi 13 faiz artıb, 2025-ci ildə isə əlavə 8 faiz artım gözlənilir. İran Prezidenti Masud Pezeşkiyan ilə görüş zamanı Putin bildirib ki, ölkələr kənd təsərrüfatı sahəsində birgə fəaliyyətlərini davam etdirir və qaz və elektrik enerjisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edirlər.

“Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasındakı münasibətlər olduqca pozitiv inkişaf edir”, - deyə o əlavə edib.

Bundan başqa, İranın Moskva səfiri Kazem Calali bildirib ki, Rusiya və İran ilk birgə dəniz konsorsiumunun yaradılması barədə razılığa gəlib. Saziş 6-7 noyabr tarixlərində Mahaçkala şəhərində keçirilən danışıqlar nəticəsində imzalanıb, görüşdə iki ölkənin iri şirkətləri və dövlət nümayəndələri iştirak ediblər.

Aytəkin TOFİQQIZI

Seçilən
22
redaktor.az

1Mənbələr