2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 57,5 milyard manatlıq məhsul istehsal edib, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Sektor üzrə dəyişikliklər belə olub: neft-qaz sektoru 2,1 faiz azalıb, qeyri-neft-qaz sektoru isə 4,8 faiz artıb.
Sənaye məhsulunun strukturu: mədənçıxarma – 60,6 faiz, emal – 33,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 5,4 faiz, su təchizatı və tullantıların təmizlənməsi və emalı – 1,0 faiz.
Qeyri-dövlət sektoru sənayedə ümumi payın 79,3 faizini təşkil edib. Ümumi istehsalın 88,4 faizi sənaye məhsullarının istehsalı, 11,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına əldə olunub.
Gülnar