Bakı, 12 dekabr, AZƏRTAC
Kamerun milli komandasının baş məşqçisi David Paqu Afrika Millətlər Kubokundan əvvəl sensasiyalı addım atıb.
AZƏRTAC xəbər verir ki, mütəxəssis Braziliyanın VI liqasında çıxış edən futbolçunu yığmaya dəvət edib.
Söhbət 25 yaşlı yarımmüdafiəçi Arnold Mael Kamdemdən gedir. O, hazırda Mato Qrosso əyalətinin aşağı divizionunda mübarizə aparan “Sinop”unun futbolçusudur.
Kamerun Futbol Federasiyası indiyədək ölkə xaricində bu qədər aşağı liqada çıxış edən futbolçunu milli komandaya çağırmayıb.
Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə təşkil olunacaq.