AZ

Reddit bu ölkəni məhkəməyə verəcək

Ajans.az Sky News Australia-ya istinadən xəbər verir ki, Reddit iddia edir ki, yeni qaydalar təkcə yeniyetmələrə deyil, həm də yetkin istifadəçilərə “müdaxiləedici və potensial təhlükəli yoxlama prosedurlarından keçməyi” məcburi edir və ifadə azadlığını məhdudlaşdırır. Şirkət bildirir: “Qadağa həmçinin uşaqların və yeniyetmələrin fikirlərini sərbəst ifadə etməsinə mane olur və Avstraliyada siyasi ünsiyyət imkanlarını azaldır. Bu qərar, mahiyyət etibarilə, yeniyetmələri təcrid edir və onların ictimai tədbirlərdə, eləcə də siyasi müzakirələrdə iştirak imkanlarını məhdudlaşdırır”. Məhkəməyə təqdim olunacaq iddiada Reddit platformasının “ənənəvi sosial şəbəkə deyil, böyüklər üçün nəzərdə tutulmuş forum” olduğunu əsas gətirərək, uşaqlar üçün qadağan olunmuş saytlar siyahısına salınmasının yanlış olduğunu sübut etməyə çalışacaq. Şirkət bildirir ki, ümumiyyətlə gənclərin onlayn mühitdə qorunmasını dəstəkləyir, lakin bunun üçün “daha hədəfli və məxfilik yönümlü tədbirlər” tələb olunur.

 

Seçilən
21
Ajans.az

1Mənbələr