AZ

Ağıllı nəqliyyat idarəetmə sistemlərinin tətbiqi kimi tədbirlər nəzərdə tutulub Ekspert

ain.az, 525.az portalına istinadən məlumat verir.

“2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu dövlət proqramı, əslində, bir yol xəritəsi rolunu oynayır və onun müddəaları əsasında konkret işlər həyata keçirilir”.

Bunu 525.az-a nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. O qeyd edib ki, məqsəd tıxacların aradan qaldırılması, şəhərdaxili hərəkətin sürətlənməsi və nəqliyyat infrastrukturunun daha səmərəli işləməsinin təmin edilməsidir:

“Proqram çərçivəsində yolların genişləndirilməsi, yeni yol qovşaqlarının inşası, ictimai nəqliyyat sisteminin inkişafı və ağıllı nəqliyyat idarəetmə sistemlərinin tətbiqi kimi tədbirlər nəzərdə tutulub. Beləliklə, gələcəkdə Bakıda nəqliyyat axınının daha rahat, təhlükəsiz və sürətli olması gözlənilir".

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
525.az

3Mənbələr