AZ

Gəncə prospekti zülmətə qərq olub Sürücülər və yol işçiləri TƏHLÜKƏDƏDİR VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Gəncə prospektində (Əhmədli istiqaməti) gecə saatlarında yolun işıqlandırılmaması ciddi təhlükə yaradır. İzləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına göndərdiyi video ilə problemin mövcudluğunu diqqətə çatdırıb.

Kadrlardan aydın görünür ki, sutkanın qaranlıq vaxtı prospekt boyunca işıq dirəkləri işləmir və ərazi tamamilə qaranlığa qərq olur. Bu səbəbdən yol işçilərinin fəaliyyəti həm çətinləşir, həm də onların həyatına real risk yaradır.

İşıqlanmanın olmaması həmin istiqamətdə hərəkət edən sürücülər üçün də əlavə təhlükə deməkdir. Qaranlıq sahədə nəqliyyat vasitələrinin görüş məsafəsi azalır, bu isə qəza ehtimalını artırır və sürücülərin manevr imkanlarını məhdudlaşdırır.

 Bakıda qadın sürücü dəhşətli qəza törətdi: Maşın fırlanıb betona çırpıldı - VİDEO

Şikayətçi qeyd edir ki, ərazidə bu vəziyyət uzun müddətdir davam edir və problemin aradan qaldırılması üçün müvafiq qurumların müdaxiləsinə ehtiyac var.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
avtosfer.az

1Mənbələr