AZ

Tehran və Bakı ortaq bir gələcək qurmağa qərarlıdır Ərakçi

ain.az bildirir, Bizimyol portalına istinadən.

İranın xarici işlər naziri Seyyid Abbas Ərakçi bildirib ki, Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq, təhlükəsiz və davamlı münasibətlər formalaşdırmaq niyyətindədirlər.

Bizimyol.info xəbər verir ki, nazir Ərakçi "Instagram" səhifəsində Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər, qarşıya qoyulan hədəflər və münasibətlərin gələcək inkişaf perspektivləri barədə məlumat verib.

XİN- rəhbəri paylaşımında: “7–8 dekabr tarixlərində Azərbaycanın paytaxtı Bakıya səfərim çərçivəsində hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev, xarici işlər naziri cənab Ceyhun Bayramov, baş nazirin müavini cənab Şahin Mustafayev və Milli Məclisin sədri xanım Sahibə Qafarova ilə geniş və konstruktiv görüşlər keçirdim.

İran–Azərbaycan münasibətləri coğrafi qonşuluğun hüdudlarını aşaraq, Arazın hər iki sahilində yaşayan xalqların qədim qohumluq bağlarına söykənən dərin tarixi, mədəni və sivilizasiyaya dair əlaqələrin təzahürüdür.

Bu münasibətlər hazırda iqtisadiyyat, tranzit, siyasət, mədəniyyət və humanitar sahələr də daxil olmaqla bütün istiqamətlərdə inkişaf edir və hər iki ölkə əməkdaşlığı ortaq prinsiplər əsasında strateji səviyyəyə yüksəltməkdə qərarlıdır”, - deyə qeyd edib.

Nazir Ərakçi: “Bütün görüşlərdə Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bütün ölkələrin inkişafı və rifahı üçün əsas şərt olduğu vurğulandı. Eyni zamanda üçüncü tərəflərin iki ölkə arasındakı konstruktiv münasibətlərə mənfi təsir göstərməsinə yol verilməməsinin vacibliyi qeyd edildi.

Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq, təhlükəsiz və ləyaqətli bir gələcək qurmaq niyyətindədirlər”, - deyə əlavə olaraq bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr