AZ

İlham Əsgərov Çində Ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından dəstəyi ilə öz beynəlxalq əlaqələrini genişləndirir, müxtəlif dünya teatrları ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandumlar imzalayır. Növbəti əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində addımların atılması üçün teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çin Xalq Respublikasında səfərdədir.

Teatrın rəhbəri səfər çərçivəsində dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində keçirilən anım mərasimində iştirak edib. Ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb.

Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, teatr sənətinə olan böyük qayğısından bəhs edərək bildirib ki, Ulu öndərimizin böyük diqqəti nəticəsində inkişaf etmiş Azərbaycan teatrı gələcəkdə daha yüksək sənət uğurlarına imza atacaq.

XQ

Seçilən
22
xalqqazeti.az

1Mənbələr