AZ

Benzin istehsalı artıb

2025-ci ilin yanvar-noyabrında ölkədə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8%, qazoylların istehsalı 18,4%, ağ neft istehsalı 14,3%, avtomobil benzinin istehsalı10,9% artıb.

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 5,1%, sürtkü yağları istehsalı isə 48,3% azalıb.

Aytac Zeynalova

Seçilən
31
4
anews.az

6Mənbələr