AZ

“Sumqayıt” mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşacaq

“Sumqayıt” Futbol Klubu (FK) yeni il bayramından sonra Antalyada təlim-məşq toplanışı keçirəcək.

Klubun mətbuat xidmətindən İdman.Biz-ə verdiyi məlumata görə, Türkiyədə komanda ən azı üç yoxlama oyunu keçirəcək. Lakin “Sumqayıt”ın rəqibləri hələ məlum deyil.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIV turundan sonra “Sumqayıt” turnir cədvəlində 26 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.

İdman.Biz

Məqalədə:
Seçilən
26
idman.biz

1Mənbələr