AZ

Putin və Pezeşkiyan görüşüblər | VİDEO

Rusiyanın "TASS" dövlət xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, söhbət əsnasında Məsud Pezeşkiyan Vadimir PutinəTehranın xarici siyasət mövqeyini qlobal səhnədə dəstəklədiyinə görəöz təşəkkürünü bildirib. O vurğulayıb ki, İran Rusiya ilə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin müddəalarını həyata keçirməyə sadiqdir.

Rusiya lideri isə, öz növbəsində, vurğulayıb ki, iki ölkə İranın nüvə proqramı ilə yanaşı bütün beynəlxalq məsələlərdə sıx əlaqədədirlər:

"Birləşmiş Millətlər Təşkilatında İranı dəstəkləyirik. Xarici işlər nazirlərimiz bir-biri ilə mütəmadi əlaqə saxlayırlar. Moskva və Tehran arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq daha da irəliləyir. Eyni zamanda, energetika sahəsində mümkün əməkdaşlıq potensialı üzrə müzakirələr aparılır".

Vladimir Putin həmçinin bildirib ki, Rusiya və İran arasında ticarət dövriyyəsi2024-cü ildə 13%, 2025-ci ilin ilk üç rübündə isə daha 8%artıb.

Xatırladaq ki, liderlər axırıncı dəfə cari il sentyabr ayının əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekində baş tutmuş sammitində görüşmüşdülər.

Firudin Həmidli
AzVision.az
Seçilən
9
azvision.az

1Mənbələr