AZ

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan “3+3” formatına ev sahibliyi etməyə hazırdır. O, Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bu haqda danışıb. İranın baş diplomatı da formatın əhəmiyyətini vurğulayıb. 

Ötən ay isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” platformasının Cənubi Qafqaz ölkələri üçün vacib olduğunu bildirib. 

Bəs görüşün ləngiməsinə nə səbəb olur və onun baş tutması regiona necə təsir göstərə bilər?

Redaktor.az bu haqda Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikirlərini öyrəndi. Millət vəkili bildirdi ki, "3+3"əməkdaşlıq formatı doğrudan da vacib formatdır:

"Bütün regional aktorların hər birinin dividendlər əldə edəcəyi bir formatdır. Eyni zamanda böyük mənada region ölkələrinin iqtisadi inteqrasiyası üçün, kommunikasiya əlaqələrinin dərinləşməsi üçün vacib platformadır. Şübhəsiz ki, bütün bunlar regionun iqtisadi maraqları və iqtisadi rifahı baxımından da əhəmiyyətlidir.

Ancaq bu formatın tam gücü ilə işləməsi üçün hələ real şərtlər formalaşmayıb. Çünki Gürcüstan bu formatda iştirak etmir, səbəb isə Rusiya ilə diplomatik əlaqələrinin olmamasıdır. Gürcüstan Rusiyanın ştirak etdiyi belə regional layihələrdə, platformalarda iştirak etmir".

H.Babaoğlu vurğuladı ki, Ermənistan hələ "3+3" formatına qoşulmağa və iştirak etməyə hazır deyil:

"Çünki bu formatın əsas kilid nöqtələrindən biri olan Zəngəzur dəhlizi ilə bağlı, onun açılması ilə bağlı mövqeyi hələ tam aydın deyil. Konkret mövqe formalaşdıra bilməyib. Mənə elə gəlir ki, görüşün ləngiməsinin səbəbi də bundan irəli gəlir. Çünki görüşdə Azərbaycan aydın mövqe gözləyəcək ki, Zəngəzur dəhlizi hansı şərtlərdən, hansı iş rejimində, hansı hüquqi statusda və necə açılır. Bu olmasa, nə biz "3+3" formatının real iqtisadi əlaqələrindən danışa bilərik, nə də kommunikativ əlaqələrindən danışa bilərik. Mənə elə gəlir ki, görüşün ləngiməsinin də səbəbi budur".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
redaktor.az

2Mənbələr