AZ

22 yaşlı qızdan qeyri adi rekord

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Keniyanın Nyeri əyalətində ekofəal Trufena Mutoni adlı qız adını Ginnesin rekordlar kitabına saldıra bilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı gənc qız 3 gün palma ağacını qucaqlayaraq dayanıb.

Bu müddətdə o, qida və su qəbul etməyib. Oturmağa belə imkanı olmayan Trufena bu müddətdə ayaq üstü dayanıb. Üstəlik, güclü leysan onun iradəsini qıra bilməyib. Yeri gəlmişkən, Trufena əvvəlki göstəricisini də yaxşılaşdırıb. Belə ki, o, daha əvvəl 48 saat eyni vəziyyətdə qala bilmişdi.

Qeyd edək ki, bununla ekofəal ictimaiyyətin diqqətini təbiəti qorumağa cəlb etməyə çalışıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr