AZ

“Heydər Əliyev Dövlətçilik və Liderlik Məktəbi” FOTO

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev-Dövlətçilik və Liderlik Məktəbi” adlı konfrans keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri Samir Qocayev, bir qrup ərazi partiya təşkilatı sədrləri, partiya veteranları, ziyalılar və gənclər iştirak etdilər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Daha sonra Tədbir Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilib.Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, videoçarx nümayiş olunub.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və YAP rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki müstəsna xidmətləri, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsindən, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasından geniş söhbət açdılar. Bildirildi ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

Daha sonra Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova, millət vəkilinin köməkçisi Gündüz Hacıyev, partiya veteranı Əzra Həşimova çıxış edərək bildirdilər ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Zümrüd

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
sesqazeti.az

1Mənbələr