AZ

Suriya 40 ildən sonra Dünya Bankı ilə RAZILAŞDI

Suriya, Dünya Bankı ilə elektrik ötürücü xətlərin təmiri və gücləndirilməsi üzrə müqaviləni rəsmiləşdirib. Vətəninfo.az xəbər verir ki, bu, ölkənin təxminən 40 ildən sonra Dünya Bankı ilə həyata keçirdiyi ilk birgə layihədir.

Suriya Maliyyə naziri Məhəmməd Yasir Berniyə sosial media hesabında açıqlama verərək bildirib ki, layihə kreditlər deyil, qrantlar hesabına maliyyələşdirilir:
“Bu layihə, xüsusən enerji sahəsində nazirliyin elektrik təchizatını gücləndirmək və ölkə iqtisadiyyatına töhfə vermək səylərini dəstəkləyəcək.”

Qeyd olunur ki, iyun ayında Dünya Bankının Direktorlar Şurası Suriyada elektrik ötürücü xətlərin təmiri üçün 146 milyon dollarlıq qrantı təsdiqləmişdi. Layihənin yekun sənədi artıq imzalanıb və işlərin yaxın zamanda başlaması planlaşdırılır.

Seçilən
27
veteninfo.az

1Mənbələr