AZ

İkardi “Milan”a təklif olundu

“İnter”in sabiq hücumçusu, hazırda “Qalatasaray”da çıxış edən Mauro İkardinin İtaliya çempionatına qayıtması mümkündür.

Msport.az xəbər verir ki, argentinalı forvardın xidməti “Milan”a təklif olunub.

“Qırmızı-qaralar” bu transferi meksikalı hücumçu Santiaqo Ximenesin yerinə axtarır, çünki o, gözləntiləri doğrultmayıb. Ximenes bu mövsüm 9 oyuna çıxıb və qol vura bilməyib.

32 yaşlı İkardi isə Türkiyə Super Liqasında cari mövsümdə 14 oyunda iştirak edib və 7 qol vurub.

Seçilən
18
msport.az

1Mənbələr