Fransada qalmaqal:yüzlərlə fermerlər etiraz edib
Ajans.az xəbər verir ki,bu barədə BFMTV telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, “toplanan fermerlərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib… Heyvandarlıqla məşğul olan fermerlərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar qeydə alınıb”. Etirazçılar fermaya gedən yolu barrikadalarla bağlayıblar, lakin İğtişaşların Qarşısının Alınması Dəstəsinin (İQD) əməkdaşları buna baxmayaraq sürülərin saxlanıldığı tövləyə doğru irəliləməyə nail olublar. Yerli administrasiya bir müddət əvvəl 208 baş iribuynuzlu mal-qaradan birində şişkin dəri xəstəliyinin (Lumpy Skin Disease) aşkarlanmasından sonra sürünün tamamilə kəsilməsi barədə qərar qəbul etmişdi. Xəstəlik qızdırma, dəri altı toxumanın və müxtəlif orqanların şişməsi ilə xarakterizə olunan yoluxucu virus infeksiyasıdır. 