AZ

Putinin həbsinə qərar verənlərə hökm oxundu 15 ilə qədər cəza

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva Şəhər Məhkəməsinin hakimi Andrey Suvorov Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri və prokuroru barədə qiyabi hökm çıxarıb.Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, BCM-in sədri Petr Yuzef Hofmanski, onun üç müavini, dörd hakim və prokuror Xan Kərim ittiham olunub.Məhkəmə BCM-in hakim və prokurorlarını qanunsuz həbs və beynəlxalq qoruma altında olan şəxslərə qarşı həbs hazırlığı ittihamı ilə günahkar sayıb. Hakimlərə 3,5 ildən 15 ilə qədər, prokurora isə 15 il həbs cəzası təyin edilib.Rusiya Baş Prokurorluğunun açıqlamasına görə, məhkəmə 2022-ci ilin fevral-mart ayları arasında prokuror Xan Kərim tərəfindən rus vətəndaşlarının qanunsuz şəkildə cinayət məsuliyyətinə cəlb olunduğunu müəyyən edib.2022-ci ilin mart ayında BCM Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Maria Lvova-Belova haqqında həbs orderi vermişdi. Rusiyanın məhkəmə qərarında bu hərəkətlər qəsdən müharibəyə təhrik və beynəlxalq əlaqələrin gərginləşdirilməsi kimi qiymətləndirilib.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
www.bakupost.az

1Mənbələr