AZ

"İrəvan Cənubi Qafqazda sülhün qorunmasına sadiqdir" - Ermənistan Prezidenti

“8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşma Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifahın yeni bir səhifəsinin açıldığına inam yaradır”.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Zirvəsi çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan hökuməti Cənubi Qafqazda sülhün qorunmasına qətiyyətlə sadiqdir.

Xaçaturyan bildirib ki, Vaşinqton görüşünün nəticəsi olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət başçısı Donald Trampın şahidliyi altında birgə bəyannamə imzalayıblar və bu, regionda rabitə kanallarının tam açılması üçün imkan yaradır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr