AZ

Ötən gün oğlu həbs olunan general Fəxri Xiyabanda FOTOLAR (EKSKLÜZİV)

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Ötən gün oğlu həbs olunan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini, general-mayor Cəbrayıl Usubov bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Demokrat.az-ın hadisə yerində olan jurnalisti xəbər verir ki, Cəbrayıl Usubov Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi (2003–2020-ci illərdə), general-polkovnik Vaqif Axundovla bərabər ziyarətdə iştirak edib. Xatırlada ki, general-mayor Cəbrayıl Usubovun oğlu Fərid Usubov ötən gün həbs edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.O, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb. Baş Prokurorluğun Mətbuat xidmətindən də faktı təsdiqləyiblər. Vaqif Hüseynli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
demokrat.az

1Mənbələr