AZ

Paşinyan:Azərbaycanla birgə yol xəritəsi hazırlamağa hazırıq

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məsələsinin həllinin “hər hansı potensial uzunmüddətli münaqişənin aradan qaldırılması” demək olduğunu irəli sürüb.

Vətəninfo.az xəbər verir ki, Paşinyan Azərbaycana  birgə yol xəritəsi qəbul etməyi təklif edib.

Paşinyan Almaniyada verdiyi və dövlət xəbər agentliyi “Armenpress” tərəfindən dərc edilən mətbuat açıqlamasında deyib: “Mən Azərbaycana birbaşa təklif edirəm: Gəlin oturub bu məsələnin həlli üçün yol xəritəsi hazırlayaq”.

Paşinyanın açıqlaması dekabrın 11-də Azərbaycan Xarici İşlər Nazirliyinin bu ayın əvvəlində Ermənistan və Aİ arasında razılaşdırılmış strateji gündəmlə bağlı verdiyi açıqlamaya cavab olaraq verilib.

“Qarabağ hərəkatını yenidən başlatmamalıyıq”

“Ermənilərin Qarabağa qayıtmasını” təhlükəli məsələ kimi xarakterizə edən Paşinyan məsələnin həllinin uzunmüddətli perspektivdə “hər hansı potensial münaqişə vəziyyətinin aradan qaldırılması” demək olduğunu irəli sürüb.

Paşinyan onu da deyib ki, “Mən həmçinin Qarabağdakı xalqımıza onların qayıtmasının real olmadığını dedim. Qayıdış gündəliyini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlatmaq deməkdir; lakin mən dedim ki, Qarabağ hərəkatını yenidən başlatmamalıyıq. Qarabağ hərəkatı bitdi və onu dirçəltmək cəhdləri faydasızdır.

Seçilən
3
veteninfo.az

1Mənbələr