AZ

Xəzər problemi təkcə beş Xəzəryanı dövlətin deyil, dünyanın problemidir Aydın Mirzəzadə

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ölkələrə Xəzər dənizinin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif edib.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Xəzər problemi təkcə beş Xəzəryanı dövlətin deyil, dünyanın problemidir.

Millət vəkilinin fikrincə, Xəzərin suyunun çəkilməsi və ya ən pis halda tamamilə yox olması dünyaya, iqlim prosesinə çox ciddi təsir edəcək:

"Yəni bu baxımdan Azərbaycan tərəfi də vaxtaşırı təkliflər irəli sürür. Qazaxıstanın da belə bir təklif etməsi, əlbəttə, təqdirəlayiqdir. Qazaxıstan-Azərbaycan dost-qardaş ölkədir və Xəzərə birbaşa çıxışı olan, Xəzər imkanlarından istifadə edən bir ölkədir.

Hər halda Xəzərin xilas edilməsi üçün çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatların və maraqlı tərəflərin iştirakı ilə bir işçi qrupun yaradılması, real təkliflərin irəli sürülməsi olduqca vacibdir. Azərbaycan-Qazaxıstan tərəfinin təklifinə hörmətlə yanaşır və hesab edirik ki, Xəzər məsələsi ümumilikdə həm Xəzərətrafı beş dövlətin, həm də dünyanın məsələsidir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
redaktor.az

2Mənbələr