AZ

Petro Trampı ölkəsinə dəvət etdi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Kolumbiya Prezidenti Qustavo Petro, ABŞ Prezidenti Donald Trampı rəsmi şəkildə ölkəsinə dəvət etdiklərini və narkotiklərlə mübarizənin əsl miqyasını öz gözləri ilə görməsini istədiklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Boqotadakı Prezident Sarayı Casa de Nariñoda Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Petro, Trampın Kolumbiyanı hədəf alan açıqlamalarını dəyərləndirib.

Petro Trampın ətrafındakı şəxslər tərəfindən “yanlış” məlumatlandırıldığını vurğulayaraq deyib:

“Kolumbiyaya gəlib kokain laboratoriyalarının nə olduğunu və necə məhv edildiyini görməsi üçün onu (Trampı) rəsmi şəkildə dəvət etdik.

Gündə 17 laboratoriya, yəni hər 40 dəqiqədə biri məhv edilir. Onun ‘kokain fabriki’ adlandırdığı yerlər əslində bina belə deyil, sadəcə dirəklərdən və çubuqlardan ibarət sadə qurğulardır”.

ABŞ Prezidenti Trampın Kolumbiyadakı narkotik laboratoriyalarını “bombalamaqla” hədələməsinə toxunan Petro, bunun ABŞ üçün yalnız pul itkisi olacağını bildirib.

Prezident Petro əlavə edib:

“Əgər bu qurğulara raket atılsa, bu ABŞ üçün sadəcə israf olar. Çünki biz quru əməliyyatlarla 18 min belə laboratoriyanı məhv etmişik. Bunlar nisbətən sadə qurğulardır, çubuq və parçalardan ibarətdir, lakin içindəki maddələr dəyərlidir. Əlavə olaraq, bu əməliyyatların effektivliyini də xeyli artırmışıq. Buna görə də Tramp bu reallığı birbaşa və yerində görməsi üçün Kolumbiyaya dəvət olunub”.

Petro dünənki açıqlamasında Trampın “əgər ağıllanmasa, böyük problemlərlə üzləşəcək” sözlərinə də cavab vermişdi.

Prezident öz hakimiyyəti dövründə narkotik qaçaqmalçılarına qarşı “böyük” əməliyyatlar həyata keçirdiklərini vurğulayaraq deyib:

“Tramp Kolumbiya haqqında tamamilə yanlış məlumatlara sahibdir. Bu üzücüdür, çünki kokain qaçaqmalçılığı sahəsində ən çox təcrübəyə malik ölkəni təəssüf ki, görməzdən gəlir. Görünür, onunla danışanlar onu tamamilə aldadır”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr