AZ

ABŞ Aİ-dən beynəlxalq qüvvələrin tərkibində Qəzzaya qoşun göndərməyi tələb edib

ABŞ

Birləşmiş Ştatlar Avropa İttifaqına üzv dövlətlərdən 2026-cı ilin əvvəlində Qəzza zolağında yerləşdirilə biləcək Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə (ISF) qoşun göndərməyi tələb edib.

Xalqcebhesi.az-ın məlumatına görə, bu barədə X-də Axios-un müxbiri məlumat verib.

Onun sözlərinə görə, Amerika rəsmiləri avropalı diplomatlara bildiriblər ki, Aİ dövlətləri ISF-ə əsgər göndərməsə və ya dəstək verən ölkələrə dəstək verməsə, İsrail ordusu anklavı tərk etməyəcək.

Mesaj belə olub: “Əgər Qəzzəyə getməyə hazır deyilsinizsə, İDF-nin (İsrail Müdafiə Qüvvələri) orada qalacağından şikayətlənməyin”, - bəyanatda deyilir.

Məryəm Quliyeva

Seçilən
130
1
xalqcebhesi.az

2Mənbələr