AZ

Qəbələdə antisanitar vəziyyət: ətrafda pis qoxu yaranıb – VİDEO

Qəbələdə antisanitar vəziyyət yaranıb.

Bu barədə NOCOMMENT.az -a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun yaxınlığında, Türyançay çayının sahilində qalaqlanmış tullantılar ətrafda antisanitar vəziyyət və pis qoxu yaradıb.

Sakinlər əlavə ediblər ki, bu vəziyyət bir müddətdir ki, davam edir və hansısa aidiyyəti qurumdan məsələyə reaksiya göstərilmir.

Qeyd edək ki, həmin ərazi Qəbələ və Oğuz rayonlarının sərhədidir.

 

Seçilən
18
nocomment.az

1Mənbələr