AZ

Arsenal Real ın və Milan ın futbolçularını diqqət mərkəzində saxlayır

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İngiltərənin "Arsenal" klubu hücum xəttini gücləndirmək məqsədilə "Real"ın (İspaniya) futbolçusu Rodriqo və "Milan"ın üzvü Rafael Leaunu diqqət mərkəzində saxlayır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, onların transferi komanda üçün əsas prioritet sayılmasa da, "topçular" hücum xəttindəki çatışmazlığı cari mövsümün sonuna qədər həll etməyi planlaşdırır.

London kollektivi əsas forvardı Viktor Dyekereşə dəstək verə biləcək oyunçu axtarışındadır.

Qeyd edək ki, "Arsenal" Premyer Liqada 33 xalla liderdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr