Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov, N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru Vasif Eyvazov və Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində Azərbaycan xalqına ləyaqətlə xidmət etdiyini, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi inkişafında, beynəlxalq arenada nüfuzunun artmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıblar.Qeyd olunub ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider və cəsarətli insan kimi həyatını doğma xalqına həsr etmiş, bütün dönəmlərdə xalqa sədaqətlə xidmət etmişdir. O, xalqın dəstəyini hiss edərək Azərbaycanı daim inamla irəli aparmışdır.Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası həm intibah, həm milli tərəqqi, həm də modern dövlət modelinin formalaşması üçün konseptual çərçivə yaratmışdır.Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.